Qәlәbә günündә Rusiyaya şok

Bu dəfə Rusiyadan olan bir nəfər qurban getdi
İraq vә Suriyada tutduqları әrazilәri itirmәyә davam edәn İŞİD terror tәşkilatı әlә keçirdiyi Rusiya gizli xidmәt orqanı olan FSB agentini öldürüb. Agentin boğazının kәsildiyi 12 dәqiqәlik video qәlәbә günü olan 9 mayda yayımlanıb. 12 dәqiqәlik videoda daha 3 әsirin rusca danışdığı eşidilir. İŞİD belә görüntülәri daha öncә dә yaymışdı. Hәmin videolarda da rus әsgәrlәrinin ölümü göstәrilirdi. Rusiyadan bu görüntülәrlә bağlı hәlә heç bir açıqlama verilmәyib. Qeyd edәk ki, Rusiya Müdafiә Nazirliyi 2015-ci ilin sentyabrından bәri Suriyada keçirilәn әmәliyyatlarda 30-a qәdәr rus әsgәrinin öldüyünü açıqlamışdı.
İŞİD-in yaydığı məlumatda isə öldürülən şəxsin polkovnik Yevgeni Petrenko olduğu deyilir.
Yayııan videoda rus zabiti edam edən İŞİD-çi “bu axmaq onu tək qoymayacağına vəd verən ölkəsinə inanıb” deyir.