Marine Le Pen partiya sədrliyindən gedir

Fransada Prezident seçkilərinin 2-ci turuna keçən ifrat sağçı lider Le Pen dünən televiziya çıxışında “bu axşamdan etibarən Milli Cəbhənin sədri deyiləm, Fransa Prezidentliyinə namizədəm” deyib. Bundan sonra “partiya tərəfdarı anlayışından yuxarıda olacağını” söyləyən Le Pen, prezidentin Fransa xalqını bir araya gətirməli olduğu qənaətinə gəldikdən sonra belə bir qərar verdiyini bildirib.
Le Pen 2011-ci ildən rəhbərlik etdiyi Milli Cəbhədə partiyasının səsini artırıb. Partiya 2015-ci ildəki yerli regional seçkilərdə 6,8 milyon səs alıb. Le Pen Milli Cəbhənin namizədi olaraq girdiyi bazar günü seçkisinin ilk turunda da 7,6 milyon seçicinin səsini alıb.
Partiya 2002-ci ildə 2,8 milyon səs almışdı.
Sağçı lider rəqibi Emmanuel Makrona qarşı seçkinin ikinci turunu qazansa, sərbəst ticarəti məhdudlaşdırmaq, Fransanın AB ilə əlaqələrini kəsmək, mühacir köçünü azaltmaq kimi vədlər verir. Onun sosial yönümlü vədləri arasında pensiya yaşının 60 olaraq sabitləşməsi, həftəlik fabrik işlərinin 35 saata endirilməsi də var.