Soros maskalanmış təşkilatları maliyyələşdirir - Macar baş nazir

Macarıstanın baş naziri Viktor Orban amerikalı milyarder Corc Sorosa qarşı başlatdığı anti-kampaniyanı daha da genişlənidirb. Belə ki, baş nazir Orban yerli "Magyar Idök" qəzetinə müsahibəsində deyib ki, Macarıstana qeyri-leqal miqrbat axınının arxasında məhz amerikalı biznesmen dayanır.
"Corc Soros öz təşkilatlarıvə böyük pullları hesabına Macarıstana qeyri-leqal immiqrasiyanı stimullaşdırır. Amerikalı milyarder çoxsaylı və maskalanmış lobbi təşkilatlarını maliyyələşdirir. Bununla da şəxsi KİV-lərə, yüzlərlə insana və universitetə malikdir. Bu durumla mübarizəyə başlamaq və qorunmaq lazımdır",-deyə Viktor Orban əlavə edib.