Belçikanın Xarici işlər naziri: “Le Penə səs verməyin”

Fransada keçiriləcək prezident seçkilərinin onları da yaxından maraqlandırdığını ifadə edən Belçika Xarici işlər naziri Didier Reynders fransız seçicilərə ifrat millətçi Marine Le Penin partiyası Milli Cəbhəyə (FN) səs verməməyə çağırıb. Le Penin prezident seçilməsini istəmədiklərini ifadə edən Belçika Xarici işlər naziri Reynders bunları söyləyib: “Qonşu ölkələrdə keçiriləcək seçkilərə müdaxilə etmək vərdişimiz yoxdur. Ancaq Belçikada çox sayda fransız vətəndaşının olduğunu unutmamaq lazımdır. İfrat sağçı Milli Cəbhəyə (FN) səs verməmələrini tövsiyə etmək, əlbəttə, haqqımızdır. Fransa bizim qonşu ölkəmizdir. Yaxşı əlaqələrin davamı üçün fransızlara tövsiyə etmək təhlükəli deyil. Buna görə Le Penin dəstəklənməməsini arzulayırıq. ”