AB Rusiyaya sanksiyaların müddətini uzatdı

Avropa Birliyi (AB) Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən addımlara yol verən ukraynalı separatçılara və rus səlahiyyətlilərinə qarşı sanksiyaların müddətini 6 ay uzatmağa qərar verib.
AB Şurasından verilən yazılı açıqlamada tətbiq olunan sanksiyaların dəyişdirilməsi istiqamətində bir əsas olmadığına diqqət çəkilir. Sanksiya siyahısında mal varlıqları dondurulmuş və viza qadağası gətirilmiş 37 şirkət və 150 adam olduğu qeyd edilir. Məlum olduğu kimi, bu sanksiyalar ilk olaraq 2014- cü ilin mart ayında Rusiyanın Krımı qeyri-qanuni işğal etməsi səbəbiylə başladılmışdı. Sanksiyalarla Rusiyanın Ukraynada Minsk atəşkəs sazişinə riayət etməsi üçün təzyiq məqsədi güdülür. Bundan başqa, Krımı və Sevastopolu qeyri-qanuni olaraq suverenliyi altına alması səbəbindən, AB-nin Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaları da var.
İqtisadi sanksiyalara uyğun olaraq, AB üzvü olan 28 ölkə Rusiyaya silah satışı edə bilmir. Sanksiyalarla Rusiyanın neft və qaz sektorlarında istifadə edilən bəzi texnologiyaları AB ölkələrindən alması məhdudlaşdırılır, Rus dövlət bankları da Avropada maliyyə sektorundan kənarlaşdırılır.