Azad Suriya Ordusu Menbiçdə Türkiyə bayrağı qaldırdı

Suriyada Menbiçə doğru irəliləyən Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Azad Suriya Ordusu (ASO) şəhərin nəzarət altına alınan cəbhələrinə Türk bayrağı sancıb.
Azad Suriya Ordusu tərəfindən ağır zərbə alan PKK-nın digər qolu sayılan YPG-lilər əvvəlki gecə Əl- Babdakı bəzi kəndlərə sızmağa çalışıb. Aldatma taktikası yaratmaq üçün Əl- Babın qərb bölgəsində qalan kəndlərə sızmağa çalışan terrorçu və milisləri fərq edən ASO gücləri əsas bölgələrdən sızma cəhdinə atəş açmaqla cavab verib. TSQ və ASO güclərinin anında verdiyi cavab nəticəsində 10 terrorçu öldürülüb. Menbiçə doğru irəliləyən ASO şəhərin girişində nəzarət altına alındığı cəbhələrə Türk bayrağı sancıb.