Ərdoğan indi də Hollandiyaya “nasist” dedi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiyanın Xarici işlər naziri Mevlud Çavuşoğlunun uçuş icazəsini ləğv etməsinə sərt münasibət bildirib. Prezident Bağcılarda etdiyi çıxışda bunları deyib:
“Bunlara 16 apreldən sonra, şübhəsiz, sanksiyalar başladacağıq. Bundan sonra sənin təyyarələrin, baxaq, Türkiyəyə necə gələcək? Təbii, burada mən diplomatiyanı nəzərdə tuturam, vətəndaşların səyahətini deyil, o ayrı bir mövzu. Bunlar bu qədər qorxaq, bunlar nasist qalığı, bunlar faşist…”.