Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürüb

ABŞ həbsxanasında prezident Donald Trampın siyasətindən narazı qalan məhbuslar 5 nəzarətçini girov götürüb.
İnsident Delaver ştatının Smirna şəhərində qeydə alınıb.
Məlumata əsasən, həbsxananın ətrafına çox sayda polis qüvvələri cəlb edilib. Yüngül yaralanan girovlardan birinin sərbəst buraxıldığı bildirilir. Digər girovların vəziyyəti barədə məlumat verilmir. Hazırda polis onların azad edilməsi ilə bağlı danışıqlar aparır.