“Fox News”: Rusiya Suriyaya əlavə hücum təyyarələri göndərir
Rusiya Suriyaya əlavə hücum təyyarələri göndərir.
Bu barədə “Fox News” Pentaqon rəhbərliyində olan iki mənbəyə istinadən yazıb.
“Ruslar qoşunların çıxarıldığını desələr də, bunun heç bir sübutu yoxdur. Əksinə orada yeni qüvvələr peyda olub”, – deyə məqalədə vurğulanıb.
Mənbənin bildirdiyinə görə, yanvarın 9-da Hmeymim aerodromuna 4 Su-25 təyyarəsi enib.