Con Kerri gözlənilmədən Gürcüstana səfər edib
ABŞ-ın Dövlət katibi Con Kerri gözlənilmədən Gürcüstana səfər edib. Amerikalı diplomat gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb.
Kerri Gürcüstanın regiondakı önəmindən danışıb və demokratiyanın inkişafına toxunub. Bundan öncə, Kerri 2016-cı ilin iyulunda Tbilisiyə səfər etmişdi.
ABŞ-ın yeni Dövlət katibi postuna Reks Tillerson təyin olunub.