İrəvan mehmanxanalarının birində rusiyalı zabitin meyiti aşkarlanıb
İrəvandakı mehmanxanaların birində rusiyalı zabitin meyiti aşkarlanıb.
Məlumata görə, ölən şəxs 45 yaşlı Viktor Yemelyanovdur.
Bildirilir ki, V. Yemelyanov Rusiyanın Ermənistandakı hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.