Binəqədi polisi siyasi fəalın evində axtarış apardı... Həbs olunan var
10.05.2025-ci il tarixində, Avropada yaşayan siyasi fəal, Süleymanov Ceyhun Rafiq oğlunun Biləcəri qəsəbəsində yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Süleymanov Ceyhunun qardaşı, Süleymanov Şahin polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Binəqədi RPİ-nə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Süleymanov Şahin polis idarəsində olarkən, ondan qardaşı, Süleymanov Ceyhun barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Süleymanov Şahin, qardaşı ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir. Süleymanov Şahin polis idarəsində olarkən qardaşı, Süleymanov Ceyhunun axtarışda olduğu barədə məlumat verilmişdir. Binəqədi RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Süleymanov Şahin polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Süleymanov Ceyhun Rafiq oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Binəqədi rayon polis idarəsi ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.










