Yuri Qusev: Ukrayna Cənubi Qafqazla logistika əlaqələrinin inkişafında maraqlıdır
Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının üzvlərini qəbul edib.
Icxeber.info xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev "X"də yazıb.
"TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurasınınilə birlikdə Prezident Sadır Japarov tərəfindən qəbul edilmək mənim üçün şərəf oldu. Biz sülh, ədalət və qardaşlıq kimi ümumbəşəri islam dəyərlərini qorumaqla yanaşı, Türk dövlətləri arasında birliyə və həmrəyliyə sadiqliyimizi bir daha təsdiqlədik",-deyə o vurğulayıb.










