ABŞ İsrailin İran və proksiləri tərəfindən “hücum təhlükəsi” altında qaldığına inanır

Birləşmiş Ştatlar bazar ertəsi Livanda Hizbullah İsrailin yüksək səviyyəli Hizbullah komandirini öldürməsinə cavab olaraq, həftə sonu İsraili yüzlərlə raket və dronlarla hədəfə aldıqdan sonra İsrailin İran və onun müvəkkilləri tərəfindən hücum təhlükəsi altında qaldığına inandığını bildirib.
“Diqqətinizi İran liderləri və digərləri tərəfindən açıqlanan bəzi ictimai şərhlərə cəlb etmək istərdim...biz hücum təhlükəsinin olduğuna inanmaqda davam edirik və biz...İsrailin müdafiəsini dəstəkləmək, eləcə də öz qüvvələrimizi hücuma məruz qaldıqları halda qorumaq üçün yaxşı vəziyyətdə qalırıq” - deyə, Pentaqonun sözçüsü general-mayor Pat Rayder jurnalistlərə bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarına deyib ki, İranın HƏMAS-ın siyasi rəhbərinin keçən ay Tehranda öldürülməsinə cavabı “qaçılmaz, dəqiq və hesablanmış olacaq”.
İran Xarici İşlər Nazirliyinin bazar ertəsi verdiyi açıqlamada Əraqçi ilə İtaliyanın xarici işlər naziri Antonio Tajani arasında telefon danışığı oduğu deyilir.
İran HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsində İsraili günahlandırır, İsrail isə iştirakını nə təsdiq, nə də təkzib edir.
Qətl Qəzza zolağında İsrail və İranın dəstəklədiyi HƏMAS arasında müharibə və Livanda İsrail qüvvələri ilə İranın dəstəklədiyi Hizbullah militantları arasında gündəlik transsərhəd döyüşlərlə yanaşı, daha geniş regional münaqişə ilə bağlı qorxuların artmasına səbəb olub. Əraqçinin şərhləri bazar günü İsrail-Hizbullah döyüşlərində tərəflərin yüzlərlə zərbəsindən sonra verilib.
İsrailin baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib: "Biz Hizbullaha təəccüblü, sarsıdıcı zərbələr endiririk. Bu, şimaldakı vəziyyəti dəyişmək və sakinlərimizi təhlükəsiz şəkildə evlərinə qaytarmaq istiqamətində növbəti addımdır. Təkrar edirəm, bu, son sözüm deyil".
Hizbullah İsrailə qarşı cavab hücumlarını İsrailin keçən ay Beyrutda 12 uşaq və yeniyetmənin ölümü ilə nəticələnən hücumda günahlandırdığı Hizbullah komandiri Fuad Şukurun öldürülməsinə cavab zərbələrinin ilk mərhələsi kimi təsvir edib. Hizbullah bildirib ki, yeni hücumlar İsrailin daha dərinliklərində yerləşən əraziləri hədəf alacaq, lakin “bugünkü hərbi əməliyyatlar tamamlanıb”.
Pentaqonun bazar günü verdiyi məlumata görə, ABŞ Müdafiə naziri Lloyd Austin iki təyyarədaşıyan zərbə qrupunun Yaxın Şərqdə yerləşdirilməsinə əmr verib. Bununla regional gərginlik fonunda ABŞ hərbi mövcudluğunu gücləndirib.
Austin və İsrailin müdafiə şefi Yoav Qallantın telefon danışığının xülasəsində əksini tapan bu açıqlama dəyişikliyi təmsil edir. Pentaqon əvvəlcə Teodor Ruzvelt aviadaşıyıcısının zərbə qrupunu əvəz etmək planı ilə bölgəyə Abraham Linkoln təyyarədaşıyan zərbə qrupunu yerləşdirib. Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələri generalı CQ Braun İsrail, Misir və İordaniyaya da daxil olmaqla, bölgəyə səfər edib.
Qəzza zolağında “Sərhədsiz Həkimlər” tibb qrupu bazar günü axşam saatlarında bildirib ki, İsrailin evakuasiya əmri ilə “yüz minlərlə insan cəmi 41 kvadratmetrlik “humanitar zona” adlandırılan ərazidə sığınacaq axtarır”. Təxliyə üçün son çağırış müharibə zamanı minlərlə insanın sığındığı Əl-Əqsa xəstəxanasının yaxınlığında, Qəzzanın mərkəzindəki Deyr əl-Bələh bölgəsini əhatə edib.
“Sərhədsiz Həkimlər” təşkilatı xəstəxanadan 250 metr aralıda partlayışına görə qrupun indi yaraların müalicəsi xidmətlərinin göstərilməsiin dayandırmağı düşündüyünü bildirib.
Qrupun bəyanatında deyilir: "Bütün müharibə tərəfləri xəstəxanaya, eləcə də xəstələrin tibbi xidmətə çıxış imkanlarına hörmət etməlidir".
Bazar günü Qahirədə İsrail və HƏMAS arasında atəşkəs danışıqları razılaşma olmadan başa çatıb. ABŞ-ın yüksək səviyyəli rəsmisi danışıqları “konstruktiv” adlandırıb və qarşıdakı günlərdə həll olunmamış məsələlərin həlli üçün aşağı səviyyəli rəsmilərlə danışıqların davam etdiriləcəyini bildirib.
Birləşmiş Ştatlar, Misir və Qətər aylardır döyüşlərin dayandırılmasını, HƏMAS-ın saxladığı girovların, İsrailin saxladığı fələstinli məhbusların azad edilməsi, Qəzzaya humanitar yardımın artırılmasnı nəzərdə tutan çoxfazalı atəşkəsə vasitəçilik edir.