Zelenski ağlayır, yoxsa Rusiyaya nifrət edir sualına CAVAB VERDİ

Zelenski ağlayır, yoxsa Rusiyaya nifrət edir?
Ukraynanın Kramatorsk şəhərində onlarla dinc sakinin ölümü ilə nəticələnən amansız raket hücumundan bir neçə saat sonra “Bild” qəzetinin jurnalisti Pol Ronzheimer Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıb.
Ukrayna dövlətinin başçısı “Bild”ə müsahibəsində Kramatorskdan, Buçadakı qırğından, yüzlərlə insanın ölümündən sonra hələ də ağlayırmı sualına, “Mən daha ağlaya bilmirəm” deyə cavab verib.
Putin qoşunlarının Kramatorskda onlarla insanı qətlə yetirməsindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen üçün bu çətin gündə gəlmək asan olmayıb.
“Bu, bizim hərbi həyatımızdır. Bu gün belə mühüm görüşdən əvvəl faciəli səhər oldu”, – deyə Zelenski bildirib.
“Bu qurbanlara alışmaq olmaz”,- deyə o əlavə edib.
“Bild” qəzetinin jurnalisti Zelenskidən Rusiyaya nifrət edib-etmədiyini də soruşub.
“Bəli, mən Rusiyaya, rus əsgərlərinə nifrət edirəm. Bu görüntüləri gözümün qabağında görəndə nifrət edirəm. Ayaqsız, qolsuz öldürülən uşaqları görəndə nifrət edirəm. Bu, qəzəbdir, bu, dəhşətdir”, – deyə Zelenski vurğulayıb.
Bundan əvvəl Bild-ə eyni müsahibəsində prezident Volodimir Zelenski təsdiqləyib ki, Avropa hökumətlərindən birinin rəhbəri Ukraynadan Rusiyanın Buçadakı qətliamlarına dair sübut tələb edib.