Putinin Avropadakı əsas rəqibinin adı AÇIQLANDI – Bu ölkə Rusiyaya qarşı aqressiyada liderdir
Böyük Britaniya Avropa ölkələri arasında Rusiyaya qarşı sanksiyaların şiddətinə görə liderdir.
İcxeber xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə “The New York Times” qəzetinin analitikləri çıxış edib. Məlumata görə, Rusiya prezidenti Vladimir Putinin atdığı addımları pisləyən ölkələrin siyahısına Böyük Britaniya başçılıq edir.
Böyük Britaniya baş nazir Boris Consonun rəhbərliyi altında Ukraynaya dəstək verən və Rusiyanı qınayan Avropa ölkəsidir. Məqalədə həmçinin qeyd olunur ki, Böyük Britaniya Ukraynada xüsusi əməliyyata başlayandan sonra Rusiyaya qarşı irimiqyaslı sanksiyalar tətbiq edən ilk ölkələrdəndir. Bundan başqa, Böyük Britaniyanın baş naziri Boris Conson açıq şəkildə Putini “müharibə cinayətləri törətməkdə” ittiham edib. Ölkə həmçinin 2022-ci ilin sonuna kimi Rusiya kömürünü və neftini, sonra isə qazını almaqdan tamamilə imtina edib.
Bir müddət əvvəl baş nazir Boris Conson Buça şəhərindən olan görüntüləri izlədikdən sonra Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə hazır olduğunu açıqlamışdı. Böyük Britaniya həmçinin “Sberbank” və “Moskva Kredit Bankı”nın aktivlərini dondurub.
Rusiya prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyata başladığını elan etməsindən sonra Böyük Britaniya, Aİ ölkələri, ABŞ, Yaponiya və bir sıra digər dövlətlər Kremlə qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb. Kreml rəhbəri isə əmin edir ki, məhdudiyyətlər Qərb ölkələrinin özləri üçün mənfi nəticələrə malikdir.










