Ukraynanın şərqində "top müharibəsi" qızışdı, Zelenski Putinə səsləndi…

Münhendə illik Təhlükəsizlik Konfransında uzun məruzə ilə çıxış edən Ukrayna prezidenti Zelenski dünyaya mesajlar verərək Putinə çağırışlar da edib.
Zelenski deyib ki, Qərb Ukraynanı tək buraxmamalı, Qərb üçün Şərqə olan bu çıxış qapısını qorumalıdır.
Zelenski Putinə görüş təklif edərək bütün məsələləri müzakirə etməyə hazır olduğunu deyib. Zelenski bildirib ki, Ukrayna sülh istəyir, rus əhali üçün heç bir təhlükə yoxdur və Donbasdan rusların bir hissəsini Rostova köçürən Rusiya bununla Ukraynanın təcavüzkar imicini yaratmaq istəyir.
Zelenski Rusiyanı münaqişə tərəfi adlandırıb və deyib ki, Donbas və Luqansk bizim torpaqlardır və biz öz torpaqlarımızla yox, Rusiya ilə danışa bilərik.
Qeyd edək ki, Ukraynanın şərqində artilleriya atəşləri getdikcə intensiv şəkil alır və belə bir ehtimal da var ki, Rusiya Qərbdən hərəkətə keçərək Kiyevi işğal edə bilər.