Qazaxıstan xarici vətəndaşların ölkəyə girişini dayandırıb

Qazaxıstan fövqəladə vəziyyət rejimi ilə əlaqədar xarici vətəndaşların ölkəyə girişini dayandırıb.
"İç xəbər"-in məlumatına görə, bu barədə Qazaxıstanın Özbəkistandakı səfirliyi bildirib.
Qeyd edək ki, ölkədə kütləvi iğtişaşlar fonunda fövqəladə vəziyyət rejimi tətbiq olunub, əsas hava limanları fəaliyyətini dayandırıb.