Çin ABŞ-a dünya müharibəsinə dair xəbərdarlıq edib.

Çin ABŞ-a dünya müharibəsinə dair xəbərdarlıq edib.
Çin və Tayvan arasında yaşanan gərginlikdə Tayvanın tərəfini tutan və ona silah-sursat satan Vaşinqtona Pekindən qeyri-rəsmi xəbərdarlıq edilib.
Çinin rəsmi media orqanı “Qlobal Times” ABŞ ilə Tayvan arasındakı məxfi razılaşmanın son dərəcə “təhqiramiz” olduğunu, bu durumun hər hansı bir manevrlər üçün imkan yaratmadığını və tərəfləri qarşı-qarşıya gətirdiyini yazıb.
Çinin rəsmi qəzeti Çin xalqının Tayvan hakimiyyətinə dəstək olan ABŞ-la müharibəni dəstəkləməyə hazır olduğunu vurğulamaqla yanaşı Vaşinqtona Tayvanda “odla oynamamaq” xəbərdarlığını edib.
Məlumat üçün qeyd edək ki, son bir ayda Çin qırıcıları Tayvan hava sahəsini sistematik olaraq pozur. Oktyabrın 1-dən bu yana Çinə aid 149 qırıcı Tayvanın hava sahəsinə daxil olub.
Tayvan Müdafiə naziri Çiu Kuo Cheng Çinlə hərbi gərginliyin son 40 ildə ən yüksək səviyyədə olduğunu elan edib. Bildirib ki, Çin 2025-ci ilə qədər Tayvanı işğal etmək qabiliyyətinə sahibdir.
Ötən həftə Çinin bu addımlarına qarşı ABŞ, İngiltərə və Yaponiya Flippin dənizində hərbi təlimlər keçirib.
Ötən gün isə ABŞ Milli Təhlükəsizlik müşaviri Jake Sullivan Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin xarici əlaqələr komissiyasının sədri Yang Jiec Surixdə 6 saatlıq bir görüş keçirib.