"İŞİD bizə təhlükə deyil..." - Taliban sözçüsü

İŞİD terror təşkilatı Əfqanıstan üçün təhlükə deyil.
Bu bəyanatla Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini, Talibanının rəsmi nümayəndəsi Zəbiulla Mücahid deyib.
"Biz İŞİD-i təhlükə saymırıq, başağrısı hesab edirik. Onlar bir neçə yerdə başağrısı yaradırlar, amma hər insidentdən sonra günahkarlar məhv edilir. Biz onları qovuruq, sığınacaqlarda tapılırlar" - deyə Mücahid bildirib.