Antonio Quterreş Türkiyəni alqışladı: "2053-cü ilə qədər..."

BMT-nin baş katibi Antonio Quterreş Türkiyə parlamentinin Paris İqlim Sazişini təsdiqləməsini alqışlayıb.
Baş katib bu barədə Tvitter hesabında yazıb.
"Türkiyənin Paris İqlim sazişini təsdiq edərək digər G20 ölkələrinə qatılmasından məmnunluq duydum. Türkiyənin 2053-cü ilə qədər sıfır emissiya öhdəliyi çərçivəsində milli iqlim fəaliyyət planını ən qısa zamanda təqdim edəcəyini gözləyirəm", - deyə Quterreş vurğulayıb.