İraqda hava limanının ərazisində bir neçə partlayış baş verib

İraqın Ərbil şəhərinin hava limanının ərazisinə partlayıcı maddələrlə doldurulmuş dronlarla hücum edilib.
İçxəbər "İnterfaks"a istinadən verdiyi məlumata görə, hücumlar zamanı baş verən partlayışlar nəticəsində ölən və xəsarət alan olmayıb.
Bildirilir ki, hava limanının ərazisində təxminən 6 partlayış baş verib.
Qeyd edək ki, Ərbil şəhərinin hava limanı yaxınlığında ABŞ hərbçiləri yerləşdirilib. Onlar son bir il ərzində bir neçə dəfə hücuma məruz qalıblar.