Suriyada Rusiya hərbçisi həlak olub

Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbçisi Suriyanın Homs əyalətində baş verən partlayış nəticəsində həlak olub.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, partlayış Rusiya hərbi polisi tərəfindən humanitar konvoyun marşrutunun yoluna baxış keçirilən zaman baş verib:
"Partlayış nəticəsində avtomobildə olan bir Rusiya hərbçisi ağır yaralanıb və göstərilən tibbi yardıma baxmayaraq, o, həyatını itirib".