Kabil aeroportuna raket atılıb

Əfqanıstanda Kabil beynəlxalq hava limanı raket atəşinə tutulub.
Hava limanı istiqamətində 5 raket buraxılıb, onlardan biri hədəfə çatıb.
Qeyd olunur ki, digər raketlər hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Zərbə nəticəsində xəsarət alanların olmadığı deyilir, hər hansı bir fəsad barədə məlumat verilməyib.