Pakistan və Hindistan diplomatlara vizaların verilməsini bərpa edib

Pakistan və Hindistan iki illik fasilədən sonra diplomatlara işgüzar vizaların verilməsini bərpa edib.
Avqustda Pakistan 33 Hindistan diplomatına, Hindistan 7 Pakistan diplomatına viza təqdim edib.
İki ölkə arasında qarşılıqlı vizaların verilməsi 2019-cu ildə dayandırılmışdı. Bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində Pakistan və Hindistan hərbçilərinin görüşü zamanı münasibətlərin normallaşması üçün yol xəritəsi müəyyən edilib.