Almaniya son həftə ərzində Kabildən 2 mindən çox insanı təxliyə edib

Almaniya bir həftə ərzində Kabildən Özbəkistanın paytaxtı Daşkənd vasitəsilə 2 mindən çox insanı təxliyə edib.
İçxəbər "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Özbəkistandakı səfirliyindən məlumat verilib.
Bildirilir ki, təxliyə edilənlərin arasında Almaniya və digər Aİ ölkələrinin vətəndaşları, habelə xarici dövlətlərlə əməkdaşlıq edən əfqanlar var.
"18 reyslə 2 mindən çox insanı təhlükəsiz şəkildə çıxarmaq mümkün oldu" - Almaniya səfirliyinin "Facebook"dakı mesajında deyilir.
Xatırladaq ki, təxliyə edilənlər Kabuldan Daşkəndə hərbi, Daşkənddən digər yerlərə isə Lufthansa və Uzbekistan Airways şirkətlərinin təyyarələri ilə çatdırılırlar.