Taliban bütün əcnəbilərin və diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verib

"Taliban" hərəkatı Kabildə xarici vətəndaşlara və xarici diplomatik nümayəndəliklərə heç bir təhlükə yaratmayacaq.
Bu barədə özünün "Twitter" səhifəsində taliblərin rəsmi nümayəndəsi Zabihulla Mücahid yazıb.
Z.Mücahid bildirib: "Kabildəki bütün səfirliklərə, diplomatik nümayəndəliklərə və xarici vətəndaşlara tam təhlükəsizlik təminatı veririk. Kabildəki hər kəs bilməlidir ki, onlar üçün heç bir təhdid yoxdur".
Həmçinin qeyd edilir ki, İslam Əmirliyi (Əfqanıstan - red.) döyüşçüləri Kabildə və ölkənin digər şəhərlərində təhlükəsizliyi təmin etməyə çağırılıblar.