ABŞ Livana 100 milyon dollara yaxın humanitar yardım ayıracaq

ABŞ Livana 100 milyon dollara yaxın humanitar yardım ayıracaq.
İçxəbər "TASS"a istinadən verdiyi məlumata görə, bunu Livan xalqına dəstək üzrə üçüncü beynəlxalq sponsorluq konfransında çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden deyib.
C.Bayden bildirib: "Bu gün 100 milyon dollara yaxın yeni humanitar yardım edəcəyimizi elan edirəm. Son iki ildə ABŞ Livana 560 milyon dollarlıq humanitar yardımı ayırıb. (Başqa ölkələrdən olan - red.) həmkarlarımı <...> Livan xalqına dəstəyini artırmağa çağırıram".
C.Bayden həmçinin Beyrutun dəniz limanında baş verən partlayışın ildönümü ilə əlaqədar olaraq bu faciə nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.