Əfqanıstanda aeroporta mərmi atılıb, uçuşlar dayandırılıb
Əfqanıstanda Qəndahar hava limanına 3 mərmi atılıb.
İçxəbər TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının rəhbərliyi məlumat yayıb.
"İki mərmi uçuş zolağına ziyan vurub, buna görə hava limanından bütün uçuşlar dayandırılıb", - məlumatda deyilir.
Digər təfərrüatlar verilməyib.










