Pakistan Əfqanıstanı havadan bombalamır!

Pakistan Talibana heç bir hava dəstəyi vermir.
"İç xəbər" xəbər verir ki, bu məlumatı Pakistan Xarici İşlər Nazirliyi yayıb.
“Biz Əfqanıstan hökumətinin öz ərazisində fəaliyyət haqqına hörmət edirik”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Əfqanıstan Pakistanın Talibanı müdafiə etdiyini açıqlayıb. Rəsmi Kabil Pakistanın onlara xəbərdarlıq edərək, Talibana qarşı Qəndəharda heç bir əməliyyat keçirməməsini tələb etdiyini bildirib.