Suriya ilə bağlı BMT-dən qərar: Daha 1 il...

BMT Təhlükəsizlik Şurası Suriyaya humanitar yardım məqsədilə Civegöz sərhəd qapısının daha bir il müddətinə açıq qalması haqda qərar verib.
Əsəd rejiminin nəzarətindən kənar olan Civegöz sərhəd məntəqəsinin humanitar statusu bu gün sona çatırdı.
Suriyaya humanitar yardımı Bəşər Əsədin nəzarətindəki regionlardan çatdırılmasını istəyən Rusiyanın BMT-dəki nümayəndəsi ilə ABŞ nümayəndəsi arasında razılaşmasından sonra bu barədə qərar verilib.