Nigeriyada quldurlar 42 nəfəri qətlə yetirdi

Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatına quldurlar hücum edib.
İçxəbər xəbər verir ki, hücum ştatın Faro bölgəsindəki beş əraziyə edilib. Hadisə nəticəsində azı 42 yerli sakin öldürülüb.
Şahidlərin dediyinə görə, quldurlar bölgəyə 100-dən çox motosikletlə gəliblər. İnsanları atəşə tutaraq, evləri və ərzaq mağazalarını yandırıblar.