İsrailin Dubayda baş konsulluğu açılıb
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İsrailin baş konsulluğu açılıb.
Diplomatik missiyanın açılışı İsrailin xarici işlər naziri Yair Lapidin səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, nazir ötən gün paytaxt Əbu-Dabidə İsrail səfirliyinin açılışında da iştirak etmişdi.
Bu, israilli xarici işlər nazirinin Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri olub.
Xatırladaq ki, 2020-ci ilin sentyabrında İsrail ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynlə münasibətlərin normallaşması barədə sənədlər imzalamışdı. Bunadək Təl-Əvivin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə münasibətləri mövcud idi.










