Anomal istilər Kanadada 100-dən artıq insanın ölümünə səbəb olub
Kanadanın Britaniya Kolumbiyası əyalətinin müxtəlif şəhərlərində son 48 saatda anomal istilər səbəbiylə 100-dən çox insan ölüb.
İçxəbər "TASS"a istinadən verdiyi məlumata görə, Vankuver, Barnabi və Surrey kimi şəhərlərdə polisə 100-dən artıq qəfil ölüm xəbərləri haqqında məlumatlar daxil olub.
Hesab edilir ki, ölümlərin çoxunun səbəbi anomal isti olub. Ölənlərin çoxu yaşlı insanlardır.










