Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da Qarabağı müzakirə edib

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da iki ölkə arasındakı münasibətlərin vəziyyəti və perspektivləri, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.
İçxəbər "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıç deyib.
Onun sözlərinə görə, ABŞ parlamentarilərilə görüş zamanı Qarabağ məsələsinə də toxunulub: "ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini yaxşı bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi BMT səviyyəsində tanınan bir reallıqdır. Bu mövzuda yenidən Ankaranın mövqeyini ABŞ təmsilçilərinin diqqətinə çatdırdıq".