Çexiyada tornado ciddi fəsadlar törədib, ölənlər var

Çexiya Respublikasının cənub-şərqində ən azı yeddi yaşayış məntəqəsi tornado nəticəsində qismən dağıdılıb.
İçxəbər TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat verib.
Məlumata əsasən, təbii fəlakət nəticəsində ölənlər var, lakin onların sayı dəqiqləşdirilməyib. 150 nəfərin xəsarət aldığı bildirilir.