Belçika Avropa İttifaqında tətbiq olunacaq rəqəmsal COVID sertifikatını sınaq rejimində işə salıb

Belçika Avropa İttifaqında tətbiq olunacaq rəqəmsal COVID sertifikatını sınaq rejimində işə salıb.
Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Aİ vətəndaşlarının ölkələr arasında sərbəst hərəkətini təmin edən sənəd iyulun 1-dən ittifaqın 27 ölkəsində qüvvəyə minəcək.
Həmin tarixədək isə sertifikat 15 ölkədə sınaq rejimində işə salınacaq.