Rusiya və İran müdafiə sahəsində əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər

Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-polkovnik Alexander Fomin Moskvada keçirilən görüşdə İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək nazirinin müavini briqada generalı Xocatolla Koreyşi ilə ikitərəfli əməkdaşlığı müzakirə edib.
Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, tərəflər ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər: "Regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb".
Məlumata əsasən, tərəflər "dialoqun dərinləşməsinə və müdafiə sahəsində əlaqələrin inkişafına sadiq olduqlarını təsdiqlədilər".