ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının başa çatma vaxtı dəyişməyib

ABŞ-ın hərbi kontingenti Əfqanıstandan sentyabr ayının əvvəlinədək tam çıxarılmalıdır, qoşunların çıxarılmasının başa çatma vaxtı dəyişməyib.
İÇXƏBƏR "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.
C.Kirbi bildirib: "Prezidentin niyyəti tam aydındır - qoşunların çıxarılmasını sentyabrın əvvəlində başa çatdırmaq. Müəyyən edilən sürətlə davam edirik, (qoşunların çıxarılması üzrə - red.) cədvəl ilə bağlı əlavə deyəcək bir şey yoxdur".
Qeyd edək ki, aprelin 14-ü ABŞ prezidenti Cozef Bayden Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul etdiyini açıqlamışdı. ABŞ qoşunlarının Əfqanıstandan sentyabrın 11-dək çıxarılacağı gözlənilir.