ABŞ hakimiyyəti İsrail, Fələstin münaqişəsinin iştirakçıları ilə danışıqlara davam edəcək - Co Bayden

ABŞ hakimiyyəti İsrail, Fələstin və bölgədəki tərəfdaşları ilə Yaxın Şərq münaqişəsini həll etmək üçün danışıqlara davam edəcək.
Bu barədə ABŞ prezidenti Co Bayden Ramazan bayramı münasibətilə Ağ Ev tərəfindən yayımlanan video çıxışında deyib.
Dövlət başçısı qeyd edib: "Administrasiyam sabit sakitlik dövrü əldə etmək üçün fələstinlilər, israillilər və digər regional tərəfdaşlarla əlaqə qurmağa davam etmək niyyətindədir".