Kazanda məktəblilərin itkin düşməsi xəbərləri ilə bağlı AÇIQLAMA

"Rusiyanın Kazan şəhərindəki gimnaziyada baş vermiş silahlı insidentdən sonra bəzi valideynlərin övladlarını tapa bilməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. İtkin düşən yoxdur".
"İçxəbər" Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda şəhər administrasiyasının yaydığı məlumatda deyilir. Daha əvvəl bəzi valideynlərin uşaqlarını tapa bilməməsi ilə bağlı KİV-də məlumatlar yayılmışdı.