ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iyun ayında görüşə bilər

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iyun ayında görüşə bilər.
Bu barədə Amerika liderinin özü açıqlama verib.
Jurnalistlər Baydendən iyun ayında Avropaya səfəri zamanı Putinlə görüşüb-görüşməyəcəyini soruşublar.
“Bəli, ümid edirəm ki, bu baş tutacaq”, - Bayden qeyd edib.
ABŞ prezidenti bundan əvvəl Putinə ikitərəfli münasibətləri müzakirə etmək üçün Avropada görüşməyi təklif etmişdi.