Problem istəyirsinizsə, bunu görəcəksiniz Lukaşenko hədələdi:

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskə tətbiq olunan sanksiyalar səbəbiylə Avropa Birliyinə (AB) problemlər vəd edib.
Bunu Baş nazir Roman Qolovçenkonun hesabatı zamanı bildirib.
“Sadəcə sizi başa salmaq üçün deyirəm: avropalılar bu sanksiyalarla əlaqədar olaraq problem istəyirlərsə, bunu görəcəklər. Başqa heç nə deməyəcəyəm, zaman göstərəcək”, - Belarus lideri bildirib.
Lukaşenko bunun başlanğıc olduğunu söyləyib. O, baş nazirə AB-nin Belarusdakı iri layihələri və müəssisələri barədə məlumat hazırlamağı tapşırıb.
Lukaşenkoya cavab olaraq Qolovçenko qeyd edib ki, artıq Qərb ölkələrinə qarşı tədbirlər görülür.
AB-nin Belarus rəhbərliyinə qarşı üçüncü sanksiya paketi ötən il dekabrın 17-də qəbul edilib.