Putin ehtiyatda olan hərbçiləri xidmətə çağırdı

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin xidmətə çağırılması barədə sərəncam imzalayıb.
İçxəbər report-a istinadən xəbər verir ki, bu barədə sənəd Rusiya hökumətinin uyğun informasiya saytında yayılıb.
“Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları 2021-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələrində və federal təhlükəsizlik xidmətində hərbi təlim keçməyə çağırılır”, – deyə sərəncamda bildirilib.
Sərəncam aprelin 26-dan qüvvəyə minir.