Türkiyə İraqın şimalında antiterror əməliyyatına başladı

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı hava və quru əməliyyatına başlayıb.
İçxəbər “TRT Haber”ə istinadla xəbər verir ki, əməliyyatlar Metina, Zap, Basyan və Qəndil bölgəsində aparılır.
Antiterror əməliyyatına F-16 qırıcıları və hücum helikopterləri də cəlb olunub.