Ermənilər NATO və Ukraynaya qarşı

"Erməni qartalları" dəstəsi Rusiya ilə birlikdə NATO-ya qarşı vuruşmağa hazır olduğunu bəyan edib.
İçxəbər "yerkramas"a istinadən xəbər verir ki, bunu adı çəkilən dəstənin polkovniki Xaçik Asryan deyib.
Asryan bildirib ki, istər Ukrayna, istərsə də NATO-dan Rusiyaya qarşı hərbi əməliyyat baş verərsə, "Erməni qartalları" Kremlə yardım etməyə hazırdır.
Qeyd edək ki, sözügedən dəstə II Qarabağ müharibəsində Azərbaycana qarşı da vuruşub.