ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın vaxtlarda ölkənin cənub sərhədlərinə baş çəkəcəyini söyləyib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın vaxtlarda ölkənin cənub sərhədlərinə baş çəkəcəyini söyləyib.
İçxəbər xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə “Fox News” kanalına verdiyi müsahibədə açıqlayıb.
O, prezidentliyi dövründə qəbul olunan “Meksikada qalmaq” proqramının və “Miqrantlatın müdafiəsi haqqında protokol”un Co Bayden tərəfindən ləğv edilməsini də olduqca pis qərar adlandırıb.
“Bax, elə indicə danışdığımız anlarda minlərlə və minlərlə insan indi bizə doğru yola çıxıb. Milyonlarla qaçqın ölkəyə sızır. Bu isə dövlətimizi məhv edəcək”-deyə o, söyləyib.
Donald Trampın sözlərinə görə, Co Baydenin edəcəyi ilk iş Meksika ilə sərhəddə divarın tikintisini başa çatdırmaqdır.
Onun sözlərinə görə, Meksika hazırda ABŞ-a olduqca qəzəblidir. “Biz artıq Meksika ilə dolana bilmirik. Onların əla, mənim də fantastik dərəcədə yaxşı münasibətlərə olduğum prezidentləri var”,-deyə o, söyləyib.
Xatırladaq ki, Co Bayden Meksikanın ABŞ-ın cənub sərhədlərindən qovmağa çalışdığı minlərlə qaçqını yenidən qəbul etməkdən vaz keçdiyini bildirmiş və bunun yolverilməz olduğunu dilə gətirmişdi.