Fransada PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Fransada PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 10 nəfər, o cümlədən qadın saxlanılıb.
Bu barədə “İçxəbər” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Saxlanılanlara qarşı “terror təşkilatının yaradılması və maliyyələşdirilməsi” ittihamı irəli sürülüb.
Xatırladaq ki, ötən il fevralın 21-də Fransanın cənubi-qərbində PKK terror təşkilatının maliyyələşdirilməsi işi ilə əlaqədar dörd nəfərin barəsində cinayət işi açılmışdı. Lakin ötən il başladılan istintaqla polis tərəfindən keçirilmiş əməliyyat arasında əlaqənin olub-olmaması hələlik məlum deyil.