Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkellə videokonfrans formatında görüşüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Angela Merkellə videokonfrans formatında görüşüb.
“İçxəbər” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Görüş AKP-nin VII Qurultayından öncə baş tutub.
Görüşdə Türkiyə-Almaniya və Türkiyə Avropa İttifaqı əlaqələrini inkişaf etdirəcək addımlar gündəmdə olub.
Ərdoğan görüşdə Türkiyə-Aİ əlaqələrində dialoqun ön plana çıxarılmasının müsbət təsirlərini birlikdə gördüklərini, bu atmosferin formalaşmasında Angela Merkelin şəxsi xidmətlərinin önəmli rol oynadığına inandığını deyib.
Angela Merkel Ərdoğanı AKP-nin VII Qurultayının keçirilməsi münasibətilə təbrik edib.