"Taliban" əfqan hərbçilərini qətlə yetirdi

Əfqanıstanın Bəlx əyalətində təhlükəsizlik qüvvələrinə hücum olub.
İÇXƏBƏR “1TV” telekanalına istinadən verdiyi məlumata görə, “Taliban” Hərəkatının silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı 7 əməkdaşı həlak olub.
Döyüş zamanı 12 “Taliban” silahlısı öldürülüb.